fbpx

İtə baltayla işgəncə verdi – DİN hərəkətə keçdi



Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Dsk yolu” adlanan ərazidə naməlum şəxs balta ilə itə ağır zərbələr endirib.

BEY.AZ bildirir ki, hadisəni əks etdirən görüntüləri “Baku.ws” yayıb.

Bildirilib ki, bu gün günorta saatlarında əlində balta olan şəxs ətrafdakılara məhəl qoymadan itə vəhşicəsinə işgəncə verib: “Küçədə uşaqlar var idi, o isə heç kimə məhəl qoymadan itə xəsarətlər yetirdi”.

Mövzu ilə bağlı DİN-in Mətbuat xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov bildirib ki, görüntü araşdırılır:

“Görüntülərdən məlumatlıyıq, həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin