fbpx

Ludoqorets”- “Qarabağ” matçında əlavə hissə oynanılır



UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında 90 dəqiqə başa çatıb.

BEY.AZ xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunun əsas vaxtı təmsilçimizin qələbəsi ilə başa çatıb – 3:2.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesabı ilə qalib gəldiyi üçün ümumi hesab bərabərləşib.

Qarşılaşmanın taleyi hər biri 15 dəqiqədən ibarət iki əlavə hissədə də həll olunmasa, penalti zərbələrinə ehtiyac duyulacaq.

***

23:08

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında ikinci hissə başlayıb.

BEY.AZ xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda təmsilçimiz hesabda öndədir – 3:2.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

***

22:53

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında ilk hissə başa çatıb.

BEY.AZ xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda təmsilçimiz üçüncü qolu vuraraq fasiləyə üstün yollanıb – 3:2.

45+5-ci dəqiqədə Patrik Andrade adını tabloya yazdırıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

***

22:47

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında hesab bərabərləşib.

BEY.AZ xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda təmsilçimiz hesaba tarazlıq gətirib – 2:2.

45+1-ci dəqiqədə Yasin Benziya penalti zərbəsini dəqiq yerinə yetirib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

***

22:25

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında üçüncü qol vurulub.

BEY.AZ xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda meydan sahibləri hesabda önə keçib – 2:1.

23-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Dua Kvadvo dubl müəllifi olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

***

22:16

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında ikinci qol vurulub.

BEY.AZ xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda meydan sahibləri hesabı bərabərləşdirib – 1:1.

13-cü dəqiqədə Dua Kvadvo dəqiq zərbə müəllifi olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

***

22:08

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında hesab açılıb.

BEY.AZ xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda Azərbaycan klubu hesabda önə çıxıb.

7-ci dəqiqədə Juninyo fərqlənib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

22:00

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçı start götürüb.

BEY.AZ xəbər verir ki, qarşılaşma “Ludoqorets Arena”da keçirilir.

Matçı italiyalı baş hakim Simone Soçça idarə edir.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin