fbpx

İsrail əsgərləri İordan çayının qərb sahilində 12 fələstinlini həbs edib – ARMY.AZ

Army.az-a istinadən bildiririk ki

3 Baxış ✓.

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə keçirdiyi reydlər zamanı daha 12 fələstinlini həbs edib.

Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyətinin birgə bəyanatına görə,  
İsrail  ordusu işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə basqınlarını davam etdirib.

İsrail ordusu gecə və səhər İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə təşkil etdiyi basqınlarda ən azı 12 fələstinlini nəzarətə götürüb.

7 oktyabr 2023-cü ildən bəri İordan çayının qərb sahilində və Şərqi Qüdsdə nəzarətə alınan fələstinlilərin sayının təxminən 10 min 100 olduğu açıqlanıb.

Bəyanatda həmçinin qeyd olunub ki, bu məlumatlara  Qəzza  zolağında sayı “minlərlə” olan həbslər daxil deyil .

İsrailin Qəzza zolağına hücuma başladığı 7 oktyabrdan bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb.

Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və israillilərin hücumlarında 630 fələstinli həyatını itirib, təxminən 5400 fələstinli isə yaralanıb.



Mənbə: ARMY.AZ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin