fbpx

ÇL qrupuna düşsələr, braziliyalı ulduzu alacaqlar



“Qalatasaray” Çempionlar Liqasının qruplarına qatılacağı halda, Anderson Taliskanı transfer edəcək.

BEY.AZ xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, hazırda Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunda forma geyinən braziliyalının transferi yalnız “Qalatasaray”ın qruplara qatılmasından sonra mümkündür.

Çünki hazırda klub maliyyə limiti səbəbindən transfer edə bilməz, lakin qruplara qatılacağı halda UEFA-dan alacağı yüksək məbləğdən sonra bu, mümkün olacaq.

Qeyd edək ki, Anderson Taliska “Əl Nəsr” klubunda 87 oyunda meydana çıxıb və 68 qol vurmağı bacarıb. Onun hazırda bazar dəyəri 10 milyon avro olaraq müəyyən edilib. Futbolçunun müqaviləsi 2026-cı ildə başa çatıb.

Braziliyalı ulduz daha əvvəl digər İstanbul təmsilçisi “Beşiktaş”da forma geyinib.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin