fbpx

Həmin mövqe dərhal darmadağın edilməlidir

Rüya Yorumları burda


“Azərbaycan adekvat cavab reaksiyasından təsirli cavab reaksiyasına keçməlidir”.

Bunu BEY.AZ-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, artıq Ermənistanla daha sərt formada danışmalıyıq:

Ermənistan aprel ayında ABŞ və Avropa ilə hərbi pakt imzaladıqdan sonra danışıqlar masasından imtina edir və müxtəlif vaxtlarda Kəlbəcər, Naxçıvan, Tovuz istiqamətlərində mövqelərimizi atəşə tutur, dronlarla ərazilərimizdə kəşfiyyat aparmağa cəhd edir. Digər tərəfdən isə Qərbi Zəngəzurda həm ABŞ bazası yerləşdirilir, həm də Laçın şəhərinin 16 kilometrliyində özünün artilleriya hərbi hissəsini formalaşdırır”.

Ekspert belə olan halda, Ermənistanla yalnız və yalnız onun anladığı dildə danışmalı olduğumuzu deyib:

“Çünki tez ya gec Ermənistanın atəşləri Azərbaycan əsgərinin həyat və sağlamlığına bir ziyan vuracaq. Bundan sonra cavab verməyin bəlkə də o qədər effekti, mənası olmayacaq. Ona görə düşünürəm ki, düşmən haradan atəş açırsa, o mövqe dərhal darmadağın edilməlidir”.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, son günlərdə Naxçıvan və Kəlbəcərdəki mövqelərimiz bir neçə dəfə atəşə tutulub.

Cavidan Mirzəzadə / BEY.AZ

Mövqelərimiz atəşə tutuldu – Cavab verildi







MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu