fbpx

Adı “Fənərbaxça” və “Qalatasaray”la hallanırdı



“Atletiko Madrid”in futbolçusu Antuan Qrizmannın transferi ilə bağlı yeni iddia ortaya atılıb.

BEY.AZ xəbər verir ki, adı “Fənərbaxça” və “Qalatasaray”la da hallanan hücumçunu transfer etmək üçün MLS komandaları da hərəkətə keçib. İspan mətbuatında yer alan xəbərə görə, hücumçu ABŞ-a transfer olmağa razılıq verib. İddialara görə, tərəflər müqavilənin detalları barədə danışıqları davam etdirir.

Qeyd edək ki, ötən mövsüm Antuan Qrizmann Superkubok, Kral Kuboku, La Liqa və UEFA Çempionlar Liqasında ümumilikdə 48 matçda iştirak edib. O, bu matçlarda 24 qol vurub, 8 məhsuldar ötürmə edib. “Atletiko Madrid”lə 2026-cı ilə qədər müqaviləsi olan Antuan Qrizmanın hazırkı transfer dəyəri 25 milyon avrodur.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin