fbpx

Rusiya sərhəddə yaşayan şəxslərə xəbərdarlıq etdi



Rusiya sərhəd bölgəsində yaşayan vətəndaşlarına şəxsi məlumatlarının oğurlanmasının qarşısını almaq üçün tanışlıq proqramlarından istifadə etməmələri barədə xəbərdarlıq edib.

BEY.AZ xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlik Bryansk, Kursk və Belqorod vilayətlərinin sakinlərinə etibarsız kameralardan və tanışlıq proqramlarından istifadə etməməyi tövsiyə edib.

Qeyd edilir ki, söhbət qruplarından gələn bağlantılara diqqətlə yanaşılmalı və bununla “düşmənlərin kəşfiyyat məlumatlarını toplamasının qarşısının alınması”nın hədəfləndiyi vurğulanıb.

Məlumatda bildirilir ki, bu bölgələrdə yaşayan hərbçilər və polislər onlayn tanışlıq xidmətlərindən istifadə etməməli, təhlükəli mənbələrdə videolara baxmamalıdırlar.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin