fbpx

Axtarışda olan ABŞ əsgəri Rusiya ordusunda imiş

Rüya Yorumları burda


Haqqında həbs qərarı çıxarılan və axtarışda olan keçmiş amerikalı əsgərin Rusiya ordusunda pilotsuz uçuş aparatı komandasının tərkibində olduğu üzə çıxıb.

BEY.AZ xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb. Bildirilir ki, bir vaxtlar ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmiş Vilmer Puello-Mota yanvar ayında ölkədən qaçıb. Massaçusets Hava Milli Qvardiyasında xidmət edən 28 yaşlı keçmiş əsgərin uşaq pornoqrafiyası və hərbi sənədlərin saxtalaşdırılması ittihamı ilə həbs qərarı var.

Bazar ertəsi Rusiya Müdafiə Nazirliyinin yaydığı videoda Puello-Motanın Rusiya ordusunun pilotsuz kəşfiyyat bölməsində xidmət etdiyi bildirilir. Ukraynanın Donetsk vilayətində rus ordusunun tərəfində vuruşan Puello-Mota videoda bu ifadələrdən istifadə edir:

“Mən özümü satqın kimi görmürəm. Axı ABŞ və Rusiya müharibə vəziyyətində deyil”.

Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi Puello-Motanı “Amerika Rusiya vətəndaşı” kimi xarakterizə edir. Keçmiş əsgərin Rusiya pasportu alıb-almadığı və ya ABŞ vətəndaşlığından imtina etdiyi dəqiq məlum deyil.



Rüya tabirlerini burdan oku




ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu