fbpx

Bitkoin bu tarixdə bahalaşacaq – EKSPERT

Rüya Yorumları burda


“Avqusutun əvvəli bitkoin bir çox əsas dəstək səviyyələrini qıraraq, psixoloji cəhətdən vacib olan 50.000 dollar səviyyəsindən aşağı düşmüşdü. Bitkoindən sonra bazar kapitalizasiyasına əsasən “Top 100″-də olan altkoinlər də mənfi dinamika göstərərək 30%-ə qədər dəyər itirdi. Buna baxmayaraq, hesab edirəm ki, bitkoinin qiymətində yenidən artım potensialı qalmaqdadır”.

Bunu BEY.AZ-a açıqlamasında kriptovalyuta üzrə mütəxəssis Elnur Quliyev deyib. Onun sözlərinə görə, bitkoin 69.000 dollar olarkən belə, bazarda müyyən qiymət korreksiyası olacağı gözlənilən idi:

“Hazırda ilk kriptovalyuta 59.300 – 61.500 dollar ətrafında ticarət olunur. Ehtimal ki, bu növbəti “bitkoin rallisi”-dən qabaq iri “oyunçu”-ların bazardakı qiymətləri aşağı endirib kripto aktivləri daha ucuz qiymətlə toplamaq məqsədi daşıyır.

Böyük ehtimal ki, noyabr ayına qədər qiymətlərin yenidən bahlaşmasını müşahidə edəcəyik. Bunun üçün əsas fundamental faktor ABŞ Federal Ehtiyat Sisteminin (FRS) uçot faiz dərəcəsini endirməsidir. FRS-in uçot faiz dərəcəsini endirməsi ilə bitkoin və digər riskli aktivlərin qiymətinin qalxma ehtimalı olduqca yüksəkdir”.

Ekspert bu sahəyə yatırım etmək istəyən şəxslərə üzünmüddətli mövqedə yatırım planı qurmağı və investisiya portfelini mütləq şəkildə diversifikasiya etməyi məsləhət görüb:

Rüya tabirlerini burdan oku

“Tövsiyyə edərdim ki, investisiya portfelinizi: 40%-ni bitkoin/ethereum, 40%-ni özünü doğrultmuş prespektivli altkoinlərdə (Matic, Arbitrum, Chainlink, Algorand, İoTex, Gala, İMX, Near, Sand, Enjin, CHZ, Tezos və s.), 20%-ni isə nisbətən daha riskli, lakin yüksək gəlir vəd edən rəqəmsal aktivlərdə (mem koinlər – Dogecoin, Floki, Bone, Myro, Brett və s.) saxlamağınız daha effektiv olar.

Altkoinləri seçərkən diqqətli olun, hərtərəfli analiz edin və hissləriniz ilə qərar verməyin. Bazar kapitalizasiyası 500 milyon dollardan az olan altkoinlər xüsusilə riskli hesab edirəm. Əsas məqam odur ki, siz investisiya etdiyiniz zaman konkret aktiv üzrə fundamental faktor və texniki analiz üst-üstə düşsün”.

Cavidan Mirzəzadə / BEY.AZ






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu