Prezidentlərin məhdud tərkibdə görüşü keçirilir
Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə məhdud tərkibdə görüşü başlayıb.
***
Özbəkistan Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 23-də Daşkənddə “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi keçirilib.
BEY.AZ bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçib. Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib.
Özbəkistan nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Prezident Şavkat Mirziyoyevə təqdim olunub.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |