fbpx

Avropada istilərdən ölənlərin sayı 5 dəfə arta bilər

Rüya Yorumları burda


Avropa İttifaqı (Aİ) Komissiyasının Birgə Araşdırma Mərkəzinin (JRC) hazırladığı hesabata görə, 2100-cü ildə Avropada istidən ölüm hallarının bu günə nisbətən 5 dəfə artacağı gözlənilir.

BEY.AZ bildirir ki, “The Lancet Public Health” jurnalı tərəfindən dərc edilən və iqlim dəyişikliyinin Avropada, xüsusən də 27 Aİ ölkəsində, həmçinin Böyük Britaniya, İsveçrə və Norveçdə hava istiliyinə təsirlərini müzakirə edən hesabatı narahatlıq yaradıb.

Avropada ilk dəfə bölgələrə görə ölüm nisbətlərinin təhlilini verən bu araşdırma, qitə səviyyəsində istiliklə bağlı səbəblərdən ölümlərin 2100-cü ildə orta hesabla üç, bəzi yerlərdə isə 5 dəfə artacağını ortaya qoyub. Hesabatdakı proqnozlara uyğun olaraq, hazırda Avropada hava istiliyinə görə 43 min 729 adam həyatını itirərkən, 2100-cü ildə bu rəqəmin orta hesabla 128 min 809-a yüksələcəyi gözlənilir.

Hesabata görə, 2100-cü ilə qədər havanın temperaturu ilə bağlı ölüm hallarının ilk növbədə Avropanın cənub bölgələrini əhatə edəcək.



Rüya tabirlerini burdan oku




ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu