Məşhur karqo şirkətinin bağlanma səbəbi bilindi
“Yayılan xəbərlər doğrudur. Şirkət bir aya yaxındır ki, bağlanıb”.
Bunu BEY.AZ-a açıqlamasında “Eyol” karqo şirkətinin direktor müavini Rəşad Məmmədov deyib. O bildirib ki, şirkətin bağlanmasına səbəb maliyyə problemləri olub.
Qeyd edək ki, mediada “Eyol” MMC-nin bağlanması ilə bağlı xəbərlər yayılsa da, şirkətin sosial media hesablarında bununla bağlı hər hansı məlumat verilməmişdi.
“Eyol” Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin aprelində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi və direktoru Yusifli Tuqay Vüqar oğludur.
Cavidan Mirzəzadə / BEY.AZ
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |