fbpx

Ermənistanın mina terroru təhlükə yaratmaqda davam edir

Rüya Yorumları burda


Ermənistanın mina terroru mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına təhlükə yaratmaqda davam edir.

BEY.AZ xəbər verir ki, bu, Azərbaycanın Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyevanın (ombudsman) Füzulinin Zərgər kəndində baş vermiş hərbi sursat partlayışına reaksiyasında qeyd olunub.

Bildirilib ki, işğaldan azad edilmiş Füzuli rayonunun Zərgər kəndi ərazisində avqustun 24-də sursat partlayışı nəticəsində bir mülki şəxs yaralanıb. İkinci Qarabağ müharibəsindən bu günədək 370-dən çox şəxs mina qurbanına çevrilib.

“Bir daha qeyd edirik ki, ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim olunmaması insanların həyat və sağlamlığına təhlükə yaratmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, bölgədə aparılan bərpa-quruculuq işlərinə ciddi maneə törədir. Həmçinin həmin minaların partlaması regionda ekoloji tarazlığın pozulması və ekoloji böhranın yaranması ilə nəticələnir.

Ermənistanın mina terroruna beynəlxalq ictimaiyyətin səssiz qalması günahsız insanların həyat və sağlamlığına qəsd etməklə bərabər, fundamental insan hüquq və azadlıqlarının pozulmasına səbəb olmaqdadır”, – deyə ombudsman vurğulayıb.



Rüya tabirlerini burdan oku




ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu