fbpx

Ramil Səfərovun xanımı rəqiblərini qabaqladı



Növbədənkənar parlament seçkilərində 19 saylı Ağdam Seçki Dairəsində Şəbnəm Səfərova rəqiblərinidən üstün görünür.

BEY.AZ xəbər verir ki, Ağdam TV və “Ağdam” sosial şəbəkə platformasının seçicilər arasında keçirdikləri sorğuda o, rəqiblərini qabaqlayaraq ilk pillədə yer alıb. Şəbnəm Səfərova seçicilərlə keçirdiyi silsilə görüşlərlə və KİV-də apardığı uğurlu kampaniya ilə də fərqlənir.

Xatırladaq ki, 19 saylı Ağdam Seçki Dairəsindən 9 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 2-si siyasi partiyaların (YAP və AXP) namizədləri, 7 nəfər isə bitərəflərdir. Sözügedən dairədə əsas mübarizənin Şəbnəm Səfərova, “Təzadlar” qəzetinin baş redaktoru Asif Məmmədov və sabiq deputat Bəxtiyar Əliyev arasında keçəcəyi gözlənilir.

Qeyd edək ki, hazırda BDU-da rektor müşaviri kimi çalışan Şəbnəm Səfərova polkovnik-leytenant Ramil Səfərovun xanımıdır.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin