fbpx

Kiyev “Ağ Ev”in fikrini dəyişdirmək üçün bu addımı atacaq

Rüya Yorumları burda


Rəsmi Vaşinqton ABŞ-nin uzaqmənzilli silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldıracağı təqdirdə, Kiyev Rusiyada vura biləcəyi hədəflərin siyahısını “Ağ Ev”ə təqdim etməyə hazırlaşır.

BEY.AZ “Politico”ya istinadən bildirir ki, Ukrayna bu siyahıdan ABŞ-nin fikrini dəyişdirmək üçün istifadə edəcək. Ukrayna daha əvvəl ABŞ-a Rusiyadakı bəzi potensial hədəflərini təqdim etsə də, bu siyahı daha ətraflı olacaq.

Ukraynanın müdafiə naziri Rustem Umerov və Prezident Aparatının rəhbəri Andriy Yermak bu həftə Vaşinqtonda olacaq və danışıqlar zamanı siyahı administrasiyaya təqdim etməyi planlaşdırırlar.

Qeyd edək ki, ABŞ Ukraynaya öz silahlarından Rusiya ərazisində istifadə ilə bağlı bəzi məhdudiyyətlər qoyub.



Rüya tabirlerini burdan oku




ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu