fbpx

Ötən oyundakı səhvlərimizi təkrarlamaq istəmirik



Ötən oyundakı səhvlərimizi təkrarlamaq istəmirik.

BEY.AZ xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Xorvatiya təmsilçisi “Dinamo”ya (Zaqreb) qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

Müdafiəçi sabahkı matçda qələbəyə inandıqlarını bildirib:

“Bizi sabah vacib və ciddi oyun gözləyir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. İstəyimiz odur ki, ötən oyundakı səhvlərimizi təkrarlamayaq. Təbii ki, futboldur, səhv ola bilər. Bununla belə, qarşılaşmaya sakit hazırlaşırıq. Heç bir təzyiq yoxdur”.

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki “Maksimir” stadionunda baş tutan “Dinamo” – “Qarabağ” matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin