fbpx

Elmira Hüseynova vəfat etdi – FOTO



Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Elmira Hüseynova vəfat edib.

BEY.AZ xəbər verir ki, bu barədə teatrdan məlumat verilib.

Bildirilib ki, aktrisa uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Aktrisa ilə vida mərasimi bu gün saat 12:30-da Təzə Pir məscidində keçiriləcək.

Qeyd edək ki, Elmira Əmbər qızı Hüseynova 8 noyabr 1952-ci ildə Bakı şəhərində anadan olub. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına 1970-ci ildə müsabiqə yolu ilə qəbul olub və ömrünün sonuna qədər orada çalışıb. İşlədiyi illərdə Yəməndə (1973), Daşkənd şəhərində (1979), Hindistanda (1980), İranda (1993) beynəlxalq qastrol səfərlərində iştirak edib.

Allah rəhmət eləsin!






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin