fbpx

Türkiyəni “Oskar”da bu film təmsil edəcək



Oskar mükafatlarında Türkiyənin “Ən yaxşı beynəlxalq film” namizədi müəyyənləşib.

BEY.AZ türk mediasına istinadən xəbər verir ki, rejissor Zeki Dəmirkubuzun “Həyat” filmi Türkiyənin namizədi olub.

Filmdə baş rolları Miray Daner və Burak Dakak canlandırıb.

Filmdə atası tərəfindən nişanlanmağa məcbur edilən Hicran evdən qaçır. Hicranın onsuz da onu istəmədiyini düşünən Rıza əvvəlcə bu vəziyyətə əhəmiyyət verməsə də, vəziyyət getdikcə çətinləşir və Hicranla qarşılaşmağa qərar verir. Yalnız bir dəfə gördüyü nişanlısının arxasınca İstanbula gedir və uzun sürən axtarışlara başlayır.

Filmin aktyor heyətində Cem Davran, Umut Kurt, Melis Birkan, Osman Alkaş, Ozan Dağara, Doğu Demirkol, Kayhan Açıkgöz, Muttalip Müjdeci, Seyit Nizam Yılmaz, Berfun Başel, Hande Özen, Özlem Türkad və Caner Cindoruk yer alıb.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin