fbpx

Osimhen iki klubdan birini seçəcək



“Napoli”dən ayrılacağı deyilən Viktor Osimhen Avropa futbolundan gedə bilər.

BEY.AZ xəbər verir ki, “Çelsi” futbolçuya təklif irəli sürsə də, tərəflər şəxsi şərtlərdə razılaşa bilməyib. Bildirilir ki, futbolçu “Əl-Əhli” klubundan fantastik təklif alıb. Bildirilir ki, “Əl-Əhli” klubunun təklifi “Çelsi”nin təklifindən dəfələrlə yaxşıdır. Məlumata görə, futbolçu “Çelsi” ilə razılaşa bilməsə Səudiyyə Ərəbistanı klubunu seçə bilər. Avropa bazarında Viktor Osimhenin maddi tələblərini yerinə yetirə biləcək klubların məhdud olması, onun “Əl-Əhli”nin seçməsinə səbəb ola bilər.

Qeyd edək ki, Osimhen 4 il əvvəl “Napoli”yə qoşulduqdan sonra A Seriyasında 100-dən çox oyuna çıxıb. Nigeriyalı hücumçu 65 qol vurub və 15 məhsuldar ötürmə edib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin