fbpx

Türkiyə-Azərbaycan Universiteti iki diplom verəcək



Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələri ali məktəbi bitirdikdə iki diplomları olacaq.

BEY.AZ xəbər verir ki, bunu Report-a müsahibəsində Hacettepe Universitetinin rektoru professor Dr. Mehmet Cahit Güran deyib.

Qeyd edək ki, TAU-da qida mühəndisliyi ixtisasında Hacettepe Universitetinin təhsil proqramları əsas götürüləcək.

Onun sözlərinə görə, qarşılıqlı şəkildə diplomlar hər iki ölkədə tanınacaq.

“Həmin məzunların Türkiyədə YÖK-ün diplom tanınma prosesindən keçməsinə ehtiyac qalmayacaq”, – rektor deyib.

Onun sözlərinə görə, Hacettepe Universitetinin müəllim heyəti tələbələrə Ankaradakı Beytepe və Sihhiyede yerləşən korpuslarında hansı keyfiyyət və standartda dərs tədris edirsə, eyni keyfiyyət və standartda da TAU-dakı tələbələrinə təhsil verəcək.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin