fbpx

Keçən il 341 dövlət qulluqçusu cəzalandırılıb



Keçən il “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun müddəalarının tələblərini pozan 341 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib.

BEY.AZ xəbər verir ki, bu barədə dövlət qulluqçularının etik davranış qaydaları haqqında 2023-cü il üzrə hesabatda bildirilib.

Qeyd olunub ki, həmin intizam tənbeh tədbirlərindən 162-si mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 179-u isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında tətbiq edilən 341 intizam tənbeh tədbirindən 297-si töhmət, 14-ü dövlət qulluğundan azad edilmə, 10-u vəzifə maaşının azaldılması, 6-sı ixtisas dərəcəsinin bir pillə aşağı salınması olub. 14 intizam tənbeh tədbirinin növü qeyd edilməyib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin