fbpx

“Zirə” qələbə qazandı – Konfrans Liqası



“Zirə” cari mövsüm UEFA Konfrans Liqasında sonuncu oyununu keçirib.

BEY.AZ-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin cavab matçında Bakıda Kiprin “Omoniya” klubunu qəbul edib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.

79-cu dəqiqədə Rafael Utziq fərqlənib.

Səfərdə rəqibinə altı cavabsız qolla uduzan “Zirə” avrokubokla vidalaşmalı olub.

***

21:40

Bakıda “Zirə” və Kiprin “Omoniya” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.

BEY.AZ-ın məlumatına görə, Azərbaycan təmsilçisi qonaqları mərkəzə dəvət edib.

79-cu dəqiqədə Rafael Utziq fərqlənib.

***

21:05

Bakıda “Zirə” və Kiprin “Omoniya” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

BEY.AZ-ın məlumatına görə, hələlik matçda hesab açılmayıb.

20:46

Bakıda “Zirə” və Kiprin “Omoniya” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

“Report”un məlumatına görə, tərəflər fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***

20:01

Bakıda “Zirə” və Kiprin “Omoniya” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

BEY.AZ-ın məlumatına görə, qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü Latviyadan olan hakim Vitaliys Spasyonnikovs idarə edir.

Qeyd edək ki, tərəflər arasındakı ilk oyunda Kipr təmsilçisi 6 cavabsız qolla qalib gəlib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin