fbpx

Tanınmış professor vəfat etdi – FOTO



Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının professoru Telman Xəlilov vəfat edib.

BEY.AZ bildirir ki, o, 1938-ci il oktyabrın 26-da Bakıda anadan olub.1957-1962-ci illərdə BDU-nun Geologiya-coğrafiya fakültəsində təhsil alıb. 1973-cü ildə kənd təsərrüfatı elmləri namizədi, 2003-cü ildə dosent, 2007-ci ildə coğrafiya elmləri doktoru, 2012-ci ildə professor elmi dərəcələrini alıb.

Əmək fəaliyyətinə 1955-ci ildə “Leninneft” trestinin 12-ci mədənində operator kimi başlayan Telman Xəlilov 1964-1974-cü illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda kiçik elmi işçi,1974-1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda baş elmi işçi, laboratoriya müdiri işləyib. 1994-1996-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş Elm və Təhsil İdarəsində baş mütəxəssis, 1996-cı ildən BDU-nun Ətraf mühitin mühafizəsi kafedrasında dosent, 2012-ci ildən Coğrafi ekologiya kafedrasında professor vəzifələrində çalışıb.

Tədqiqat sahəsi coğrafi ekologiya və torpaqşünaslıq olan professor Telman Xəlilov 50 elmi əsərin, o cümlədən 3 monoqrafiya, 2 elmi-populyar kitab, 3 dərslik və dərs vəsaitinin müəllifi idi.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin