fbpx

Kabinetində vurulan icra başçısının qızı: ”Atamın otağına girib dedim ki…”

Rüya Yorumları burda


Səbinə Gözəlova Şuşa şəhər 1 nömrəli məktəbin direktorudur, bu vəzifəyə ötən il təyin olunub. O, eyni zamanda Şuşa Rayon İcra Hakimiyyətinin mərhum başçısı, 1991-ci ildə iş otağında qətlə yetirilən Mikayıl Gözəlovun qızıdır. Səbinə xanıma Şuşadakı evinin açarını bu ilin may ayında Prezident İlham Əliyev şəhərin sakinləri ilə görüşü zamanı şəxsən təqdim edib.

BEY.AZ xəbər verir ki, Musavat.com-un əməkdaşı doğma evinə qayıdan və təhsilə rəhbərlik edən Səbinə Gözəlova ilə söhbətləşib.

Müsahibəni təqdim edirik:

– Səbinə xanım, 4 aydan çoxdur ki, Şuşada yaşayırsınız. Evə qayıdış necə hissdir?

– Doğma vətənimizə, doğulduğumuz yurda qayıtmışıq. Şuşada çalışmağın özü bir qürurverici hadisədir. Sizi inandıra bilərəm ki, Şuşada yaşamaq və işləmək böyük bir stimul verir. Hazırda bərpa-quruculuq dövrünü yaşayırıq. İndi daha çox iş var. Bu, böyük məsuliyyətdir. Gücləndirilmiş iş rejimi olmasına baxmayaraq, biz yorulmuruq. Çünki stimulumuz doğma vətənimiz üçün çalışmaqdır.

Rüya tabirlerini burdan oku

32 ildən sonra beş yaşımda qoyub çıxdığım şəhərdəyəm. Təəssüratımı olduğu kimi ifadə etmək çətindir. Bu hisslər çox müqəddəsdir, alidir. Həqiqətən, qürurluyuq. Allah canından keçən şəhidlərə rəhmət etsin, Ali Baş Komandanımızı qorusun! Hər səhərimi burada, öz evimdə açmağın həzzini yaşayıram.

WhatsApp Image 2024-08-29 at 13.46.15.jpeg (69 KB)

Şuşa, 2024-cü il. Səbinə Gözəlova Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə

-Şuşanın məhəllələrini gəzmisiniz? Bu, sizdə hansı xatirələri oyadır?

– Atam 1991-ci ildə iş otağında ermənilərin sui-qəsdi nəticəsində qətlə yetirilmişdi. Həmin gün onlar Daşaltı əməliyyatına hazırlaşırdılar.

O hadisədən sonra Şuşanı tərk etməli olduq. Hər kəs deyirdi ki, Mikayıl Gözəlov yoxdursa, Şuşa da əldən gedəcək. Mikayıl Gözəlov Şuşanın tikinti-quruculuq və abadlıq işlərində yaxından iştirak edib. Daha sonra icra başçısı olduğu dövrdə düşmənlərə qarşı Şuşanı müdafiə edib. Öz şəxsi hesabına silah-sursat gətirib, daim mübarizə aparıb. Sonda isə öz canını Şuşaya qurban verib. İndi həmin qəhrəmanın övladı kimi öz doğma Şuşamıza qayıtmışam. Şəhərdən ayrılanda 5 yaşım var idi. Buraya 38 yaşımda döndüm. Bir Şuşa sakini olaraq, şəhəri hər gün, hər saniyə kəşf edirik. Bütün Şuşanı gəzmişəm.

Qardaşım və bacılarım da gəlib qonağım olurlar. Qardaşım Şuşanı tərk edəndə 4 yaşı var idi. Danışdıqca həyəcan keçirirəm. Hadisələr göz önünə gəlir. Həm atasızlıq, həm Şuşasızlıq- bunların hamısını yaşadım. Böyük bacılarım burada təhsil alıblar. Bəzən Şuşada sinif yoldaşlarını tapırlar, bu, ayrı hisdir. Doğma şəhərimizdə yaşamaq üçün çox tələsirlər.

– Atanızın bir zamanlar işlədiyi yerə necə, gedib baxmısınızmı?

– İndi həmin binada nümayəndəlik və Şuşa şəhər Qoruq İdarəsi fəaliyyət göstərir. Binanın qarşısından keçəndə dedim, çox şükür, atamın qanı yerdə qalmadı. Atamın iş otağında qətlə yetirilməsi bizim üçün çox ağır oldu, qəbullanmaq çətin idi. Hazırda həmin binanı çox müasir şəkildə təmir ediblər. Çalışdığı otaqda olmuşam. Atama qarşı hörmət, dövlətin bizim ailəyə olan qayğısı daim göz önündədir. Atamın ruhuna həmişə sayğı ilə yanaşılıb.

-Bir zamanlar yaşadığınız ev dururmu?

-Bizim bina İkinci Qarabağ müharibəsi dövründə zədələndiyi üçün sökülüb. Onun yerində cənab prezidentimiz İlham Əliyevin sərəncamı ilə yeni bina tikilir.

Qeyd edək ki, Gözəlov Mikayıl Qoca oğlu 5 aprel 1948-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. Mərzili kəndində 7 illik orta məktəbi bitirdikdən sonra Novruzlu kəndində orta təhsilini başa vurub. Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirdikdən sonra təyinatla Şuşa şəhərinə göndərilib. 92 saylı tikinti idarəsində tikinti ustası, iş icraçısı, baş iş icraçısı və s. vəzifələrdə çalışdıqdan sonra 1976-cı ildə həmin idarənin rəisi olub. Müxtəlif sahədə çalışdıqdan sonra 1989-cu ildə Xankəndi şəhərində yerləşən 9 saylı DQMV tikinti trestinin rəis müavini vəzifəsinə təyin olunub.

Mikayıl Gözəlovun ən böyük əməyi bölgədə erməni işğalına qarşı mübarizə olub. Azərbaycan Respublikası prezidentinin 7 noyabr 1991-ci il fərmanı ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Şuşanın və Qarabağ yaşayış məntəqələrinin müdafiəçilərinin lazımi silah, sursat və texnika ilə təmin olunmasında xüsusi fəallıq göstərmiş, öz vəsaiti hesabına respublikamızın bir çox bölgələrindən, eləcə də başqa ölkələrdən xeyli silah, sursat və texnika gətirilməsinə rəhbərlik edib. Bundan əlavə Şuşanın genişləndirilməsinə və azərbaycanlıların rahat yaşaması üçün evlərin tikilməsinə köməklik göstərib.

O, 11 dekabr 1991-ci ildə əslən şuşalı olan təcili yardım maşını sürücüsü Elbrus İbrahimov tərəfindən avtomat silahdan açılan atəşlə qətlə yetirilib. Qətlin səbəbləri isə indiyədək müəmmalı qalır. Onun məzarı Ağdamın Mərzili kəndindədir.






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu