fbpx

Azərbaycanda audit bazarı 20 % böyüyüb

Rüya Yorumları burda


2023-cü ildə Azərbaycandakı auditor təşkilatları və sərbəst auditorlar 133,2 milyon manat məbləğində 7 232 müqavilə bağlayıb.

BEY.AZ Auditorlar Palatasına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 20 % və 7,1 % çoxdur.

Beləliklə, ötən il audit bazarında 1 müqavilənin dəyəri orta hesabla 18,4 min manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 11,85 % çoxdur.

Hesabat dövründə bağlanmış müqavilələrdə Böyük 4-lüyün (“Deloitte”, “PricewaterhouseCoopers”, “Ernst & Young” və KPMG) payı məbləğ olaraq 59,3 %, say olaraq isə 13,8 % olub. Bunlar isə illik müqayisədə müvafiq olaraq 1,6 faiz bəndi və 0,1 faiz bəndi azdır.

2023-cü il ərzində bağlanmış müqavilələrdən 95,7 milyon manat məbləğində 6 397-si yerinə yetirilib. Bunlar, 2022-ci illə müqayisədə müvafiq olaraq 32,2 % və 19,8 % çoxdur.

Rüya tabirlerini burdan oku

Beləliklə, ötən il audit bazarında yerinə yetirilmiş 1 müqavilənin dəyəri orta hesabla 15 min manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 10,4 % çoxdur.






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu