fbpx

Azərbaycanda manatla geniş pul kütləsi 12 %-ə yaxın artıb



Bu il avqustun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 44 milyard 920,7 milyon manat təşkil edib.

BEY.AZ-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu, aylıq müqayisədə 0,3 %, ilin əvvəlinə nisbətən 0,3 % az, illik müqayisədə isə 9,4 % çoxdur.

O cümlədən, manatla geniş mənada pul kütləsinin həcmi avqustun 1-nə 35 milyard 452,6 milyon manat təşkil edib. Bu, iyulun 1-nə olan analoji göstəricidən 0,9 %, ilin əvvəlinə nisbətən 0,2 %, illik müqayisədə isə 11,8 % çoxdur.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin