fbpx

Alp dağında itkin düşən qadın 5 gün sonra sağ tapıldı



Avropanın ən hündür nöqtəsi olan İtaliyada Alp dağlarında azmış 89 yaşlı Cüzepina Bardelli 5 gün sonra sağ tapılıb.

BEY.AZ xəbər verir ki, qadın oğlu ilə göbələk yığarkən başqa istiqamətə gedərək itkin düşüb. Göbələk yığan zaman qadın 20 metr hündürlükdən yıxılaraq 2 qabırğası sınıb. Qırılan qabırğası ağciyərini deşib. Təcili xidmət qrupları, axtarış-xilasetmə helikopterləri və pilotsuz uçuş aparatları vasitəsilə axtarılan qadın 5 gündən sonra tapılıb. Qadın otla örtülmüş çuxurda tapılıb. Bardellinin oğlu Roberto anasının gölməçələrdə tapdığı yağış suyunu içdiyini, yaşlı qadının gecələr ağacın altında yataraq üstünə ot örtdüyünü hətta tülkü ilə dostluq etdiyini deyib. Xəstəxanaya aparılan qadının vəziyyətinin yaxşı olduğu bildirib.







ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin