Mərkəzi Bankdan açıqlama – Bu ilin sonunda…
2024-cü ilin II rübündə sorğu nəticələrinə əsasən mikro, kiçik və orta sahibkarlıq (MKOS) subyektlərinə verilən kreditlər üzrə standartlarda yumşalma, iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarında dəyişiklik müşahidə edilməyib. Banklar tərəfindən növbəti rübdə MKOS subyektlərinə kreditlər üzrə standartlarda yumşalmanın davam etməsi, iri sahibkarlıq subyektlərinə kreditlər üzrə standartlarda isə dəyişiklik olmaması gözlənilir.
BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.
Sorğunun nəticələrində qeyd edilib ki, 2024-cü ilin II rübündə MKOS subyektlərinə verilən kreditlərə tələbdə artım davam etmişdir. Bankların gözləntilərinə əsasən 2024-cü ilin III rübündə biznes kreditləri, xüsusilə MKOS kreditləri üzrə tələbdə artım müşahidə olunacaq.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |