fbpx

İpoteka kreditləri üzrə tələb azalıb

Rüya Yorumları burda


2024-cü il II rüb üzrə sorğunun nəticələrinə əsasən ipoteka kreditləri üzrə standartlarda sərtləşmə müşahidə edilib. Sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə olub. İKZF hesabına verilən ipoteka kredit standartlarında dəyişiklik müşahidə edilməyib. Banklar növbəti rübdə də daxili ipoteka ilə verilən kreditlər üzrə standartlarda sərtləşmənin davam edəcəyini gözləyirlər.

BEY.AZ xəbər ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.

Qeyd edilib ki, 2024-cü ilin II rübündə cəmi ipoteka kreditlərinə tələb azalıb. Respondentlərin cavablarına görə tələbdəki azalmanın əsas səbəbi daxili ipoteka kreditləri olmuşdur. Eyni zamanda, bankların İKZF hesabına verilmiş ipoteka kreditləri üzrə kredit tələbi də cari ilin əvvəlki rübü ilə müqayisədə azalıb.

Sorğu nəticələrinə əsasən banklar növbəti rübdə də ipoteka kreditlərinə, o cümlədən daxili ipoteka kreditlərinə tələbin azalacağını proqnozlaşdırırlar.



Rüya tabirlerini burdan oku




ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu