fbpx

Tələbə “Apple”dan mükafat qazandı – Gömrük rüsum aldı

Rüya Yorumları burda


“Daha bir beynəlxalq yarışma qalibimiz öz mükafatını gömrükdə ödəniş etməklə əldə edib. AzTU tələbəsi Apple şirkətinin hər il keçirdiyi “Swift Student Challenge” kodlaşdırma yarışmasının builki qaliblərindən biri olub”.

BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycan internet Forumunun prezidenti Osman Gündüz “Facebook” hesabında bildirib.

“Bu yarışma çox spesifikdir, yarışma yalnız Apple şirkəti məhsulları üçün nəzərdə tutulan Swift proqramlaşdırma dili üzrə keçirilir. Mən bildiyim qədər Azərbaycanda bu tip bacarıqlara sahib olanların sayı barmaqla sayıla bilər. Qalib tələbəmiz şirkətdən rəsmi Sertifikat və Mükafat qazanıb. Apple bununla bağlı qalibə bildirişlər göndərib və Mükafatını da poçtla göndərib. Apple kimi nüfuzlu bir şirkət göndəriş sənədində də göndərilən malın mükafat olduğunu qeyd edib. Hər şey də bundan sonra başlanıb.

Qalib tələbəmiz Smart Customs-da simvolik bir gömrük dəyərini qeyd edərək bəyan edib və böyük bir həvəslə mükafatı götürmək üçün Hava Limanındakı gömrük qurumuna gedib. Uzun-uzadı gözləmələrdən və araşdırmadan sonra Mükafatın gömrük rüsumuna cəlb ediləcəyi bildirilib və gömrükçülər 177 manat gömrük rüsumu və 18 manat saxlama xərci alıb mükafatı qalibə veriblər. Belə görünür ki, DGK hələ də hədiyyə və mükafat məsələsinin gömrük tənzimlənməsini qaydaya sala bilməyib.

Əlbəttə zaman–zaman hədiyyə ilə bağlı da belə problemlər olur. Amma DGK uzun illərdi ki, beynəlxalq yarışlarda qazanılan Mükafatları da hədiyyə kateqoriyasına daxil edib dərhal gömrük rüsumu tələb edir. Əslində isə hədiyyə və mükafatlar bir-birindən fərqlidir. Onda belə çıxır ki Nobel Mükafatı ( 1 milyon auro) alan bir alimimiz 300 min də rüsum ödəyib bu mükafatı ölkəyə gətirə bilərmiş. Bəlkə elə buna görə bizim alimlərimiz bu mükafatı istəmirlərmiş.

Rüya tabirlerini burdan oku

Xatırlayıram ki, çox sayda beynəlxalq yarışlarda mükafat qazanan vətəndaşlarımız da zaman-zaman belə problemlə üzləşiblər. Bu, doğru bir hal deyil və uzun müddətdir ki, DGK bu problemi həll etməyə təşəbbüs göstərmir, hökumətə təkliflər vermir. DGK tez -tez elan edir ki, peşəkar, xaricdə oxuyub gələn kadrları var, gömrükdə süni intellekt və innovasiyalar tətbiq edirlər. Düşünürəm ki, əgər deyilənlər reallığı əks etdirirsə, DGK-da əyləşənlər mükafatı hədiyyədən, hədiyyəni də digər mallardan fərqləndirən ağlabatan bir mexanizm qura bilərlər. Ümid edirəm nəzərə alacaqlar”, – Osman Gündüz qeyd edib.






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu