fbpx

Meymunçiçəyi səbəbindən bu şirkətlər dəyər itirdi

Rüya Yorumları burda


Ümumdünya Səhiyyə Təşkilatının meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan etməsi nəticəsində, əczaçılıq, tibbi texnologiya şirkətlərinin qazancı artıb, hava yolu şirkətlərinin isə gəlirləri azalıb.

BEY.AZ Bloomberg-ə istinadən xəbər verir ki, analitiklər hava yolu şirkətlərinin paylarının keçən ay ümumilikdə azaldığını bildiriblər. Buna səbəb meymunçiçəyi virusunun COVID-19 kimi qlobal miqyasda yayıla biləcəyinə dair proqnozlardır.

Ötən ay Yaponiyanın tibbi avadanlıq şirkəti “Japan Precision System Science”in səhmləri 67,1 faiz, Danimarkanın “Bavarian Nordic” şirkətinin səhmləri isə 43,4 faiz dəyər qazanıb.

Qlobal hava yolu şirkətlərinin avqust ayında səhm performansına baxıldığında, Çinin “China Southern Airlines” 3,7, Kanadanın “Air Canada” 3, “United Airlines” 3, Cənubi Koreyanın “Jeju Air” 1,2, ABŞ mərkəzli “Delta Airlines” 1, 2, Yapon “Japan Airlines” 0,3 faiz, başqa bir ABŞ şirkəti “American Airlines” isə 0,2 faiz itirib.

Fransız “Air France”nin səhmlərində üfüqi tendensiya müşahidə olunub. Digər tərəfdən, Almaniyanın “Lufthansa” şirkətinin səhmləri yüzdə 1,6, Avstraliyanın “Qantas” şirkətinin səhmləri yüzdə 3,9, ABŞ-nin “Southwest Airlines”in səhmləri isə 7,3 faiz artıb.



Rüya tabirlerini burdan oku




ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu