fbpx

Şuşaya köçən 30 ailəyə açarlar təqdim edildi



Növbəti köç karvanı Şuşa şəhərinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib.

BEY.AZ xəbər verir ki, açarların təqdimatı mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, bu gün Şuşadan olan, respublikanın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 30 ailə (102 nəfər) keçmiş məcburi köçkünlər doğma şəhərə yola salınıb.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin edilib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin