fbpx

Azərbaycan millisinin sabiq futbolçusuna xatirə hədiyyəsi verildi



Azərbaycan milisinin və “Qarabağ”ın sabiq futbolçusu Maksim Medvedevə Millətlər Liqasında baş tutacaq İsveçlə oyundan öncə AFFA tərəfindən xatirə hədiyyəsi verilib.

BEY.AZ xəbər verir ki, keçmiş futbolçu milli komandada göstərdiyi xidmətlərə görə xüsusi qiymətləndirilib, ona təşəkkür edilib.

Xatirə hədiyyəsini M.Medvedevə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov təqdim edib.

Qeyd edək ki, müdafiəçi 2009-2022-ci illər ərzində formasını geyindiyi Azərbaycan millisində 81 oyun keçirib, 4 qol müəllifi olub. O, ötən mövsüm bitdikdən sonra futbolçu karyerasını nöqtələyib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin