fbpx

Portuqaliya Xorvatiyadan üstün oldu, İspaniya Serbiya ilə bacarmadı



UEFA Millətlər Liqasında qrup mərhələsi görüşlərinə start verilib.

BEY.AZ xəbər verir ki, ilk oyun günündə Azərbaycan – İsveç görüşündən başqa daha səkkiz matç keçirilib.

Portuqaliya-Xorvatiya oyunu 2:1 hesabı ilə portuqalların xeyrinə başa çatıb. Digər görüşlərdə San-Marino tarixində ilk dəfə rəsmi matçda qələbə qazanıb. Cırtdan ölkənin seçmə komandası evdə Lixtenşteynə minimal hesabla qalib gəlib – 1:0. Slovakiya isə səfərdə eyni nəticə ilə Estoniyanı məğlub edib – 0:1.

Serbiya – İspaniya və Belarus – Bolqarıstan matçlarında hesab açılmayıb – 0:0.

Polşa səfərdə Şotlandiya üzərində qələbəni son saniyələrdə qazanıb – 2:3.

Həmçinin, Şimali İrlandiya Lüksemburqdan, Danimarka eyni hesabla İsveçrədən üstün olub – 2:0.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin