fbpx

“Ağ Ev”dən Harrisi dəstəkləyəcəyini deyən Putinə cavab



“Ağ Ev” Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi cümə axşamı verdiyi açıqlamada Demokratların namizədi, vitse-prezident Kamala Harrisi dəstəkləyəcəyini söyləyən Rusiya prezidenti Vladimir Putinə cavab verib.

BEY.AZ bildirir ki, yeni prezidentin seçilməsində qərar verənin yalnız Amerika xalqı olacağını bildirən Kirbi Putindən seçkilərə müdaxilə cəhdlərini dayandırmasını və əlavə şərh verməməsini istəyib:

“Putin seçkilərimiz haqqında danışmağı dayandırmalıdır. O, bu və ya digər şəkildə heç kimə dəstək verməməlidir”.

Kirbi həmçinin bildirib ki, Putinin 2024-cü ilin mayında Hindistanda keçirilən seçkilərə ABŞ-nin müdaxiləsi ilə bağlı iddiaları gülüncdür.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin