fbpx

Ürək problemi olanlar hər gün bu meyvədən yeməlidir

Rüya Yorumları burda


Meyvələr sağlam və uzun yaşam üçün vacib qida qaynaqlarından biridir. Vitamin və minerallar baxımından ağlımıza ilk gələn qidadır. Çox vaxt şirin dadı olan meyvələrin sağlamlığa faydaları çoxdur.

BEY.AZ Teleqraf.az-a istinadla xəbər verir ki, parlaq qırmızı rəngdə və turş dadı olan yemişan sağlamlığa bir çox faydası olan meyvədir.

Yemişanda ürək sağlamlığını dəstəkləyən antioksidantlarla mövcuddur. Xüsusilə, flavonoidlər və fenolik birləşmələr xolesterinin səviyyəsini tənzimləyir, qan damarlarını genişləndirir, qan təzyiqini aşağı salır və infarkt riskini azaldır.

Yemişan immunitet sistemini gücləndirən və orqanizmi infeksiyalardan qoruyan C vitamini ilə zəngindir. Yemişanın tərkibindəki antioksidantlar sərbəst radikallarla mübarizə apararaq orqanizmi xəstəliklərdən qoruyur.

Bu meyvənin tərkibində həzm sistemini yaxşılaşdırmağa kömək edən liflər var. Onlar həzm prosesini tənzimləyir, qəbizliyin qarşısını alır və bağırsaq sağlamlığını dəstəkləyir.

Rüya tabirlerini burdan oku

Yemişanda antioksidantlar və fenolik birləşmələr xərçəngə qarşı qoruyucu təsir göstərir. Xüsusilə, antosiyaninlər və katexinlər xərçəng hüceyrələrinin böyüməsinə maneə törədir.

Yemişan çay, mürəbbə, şərbət və ya quru meyvə kimi istehlak edilə bilər. Lakin diqqətli olmaq lazımdır, çünki yemişan bəzi dərmanlarla qarşılıqlı təsir göstərərək mədə narahatlığına səbəb ola bilər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu