fbpx

Azərbaycanın daha bir cüdoçusu finala vəsiqə qazandı



Azərbaycanın daha bir gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

BEY.AZ xəbər verir ki, Aslan Kotsoyev (90 kq) bu raundadək irəliləyə bilib.

O, həlledici qarşılaşmada Milyan Raduljla (Serbiya) güləşəcək. Eyni çəkidəki Tuncay Şamil bürünc medal uğrunda görüşdə italiyalı Henri Ovusunun müqavimətini qırmağa çalışacaq.

+100 kq-dakı Kənan Nəsibov üçüncü yer uğrunda Tomas Raska ilə (Çexiya) münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, daha əvvəl Avropa çempionatında Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal qazanıb.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin