fbpx

“Qalatasaray”lılara İkardi şoku



Türkiyə Süper Liqasında “Çaykur Rizəspor”la qarşılaşacaq “Qalatasaray” komandasında Mauro İkardi şoku yaşanır. Argentinalı ulduz futbolçu “Adana Dəmirspor”la keçirilən oyunun 25-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.

BEY.AZ “Haber Global”a istinadən xəbər verir ki, İkardinin zədəsinin ciddiliyinə görə onun ən azı bir ay meydanlardan uzaq qalması gözlənilir. Bərpa prosesi isə 1,5-2 ay davam edə bilər.

Qeyd edək ki, Mauro İkardi bu mövsüm Super Liqada uğurlu performans göstərərək 3 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Baş məşqçi Okan Burukun ikili hücumçu planı üçün İkardinin dönüşünü gözlədiyi, hazırda isə Osimhenin mərkəz hücumçusu olaraq ilk 11-likdə yer alacağı ehtimal olunur.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin