fbpx

Zakir Həsənov Batumidə həmkarı ilə görüşdü



Sentyabrın 10-da Batumidə müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında ikitərəfli görüş keçirilib.

BEY.AZ Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nümayəndələrin iştirakı ilə keçirilən görüşdə İrakli Çikovani ölkələr arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını vurğulayıb.

Zakir Həsənov bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin davamlı olaraq inkişaf etdiyini qeyd edib. O bidirib ki, qarşılıqlı səfərlərin və müxtəlif formatda görüşlərin keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunun bariz nümunəsidir.

Görüşdə ölkələr arasında hərbi əməkdaşlığın perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrin beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünün dəstəkləndiyi diqqətə çatdırılıb.

Sonra tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin