fbpx

Eynşteynin məktubu 4 milyon dollara satıldı



Albert Eynşteynin ABŞ-nin 32-ci prezidenti Franklin Ruzveltə ünvanladığı məktub hərracda 3,992 milyon dollara satılıb.

BEY.AZ xarici mediaya istinadən xəbər verir ki, sənədin təxmini dəyəri 4-6 milyon dollar təşkil edib .

Alim məktubda ABŞ-nin 32-ci prezidenti Franklin Ruzveltə nasist Almaniyasının nüvə bombası yarada biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edəkl ki, məktub iki nüsxədə yazılıb. Mətn alman dilində Albert Eynşteyn tərəfindən diktə edilib, daha sonra tələbəsi, macar fizik Leo Szilard tərəfindən ingilis dilinə tərcümə edilib. Məhz Szilard həmkarları Eugene Wigner və Edward Teller ilə birlikdə Eynşteynə müraciət edərək ABŞ prezidentini nasist Almaniyasından mümkün nüvə təhlükəsi barədə xəbərdar etmək istəyib.

Amerika prezidentinə göndərilən ilk versiya 1945-ci ildən Nyu-Yorkda Ruzvelt Prezident Kitabxanası və Muzeyində saxlanılır.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin