fbpx

“Formula 1” yarışına bütün biletlər satıldı



Sentyabrın 13-15-i keçiriləcək Formula 1 yarışlarının bütün tribuna biletləri satılıb.

BEY.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının 8 tribunasına 2 yeni tribuna əlavə edilib. Yarış tribunalarının ümumi tutumu ötən ilə nisbətdə 35 faiz artırılıb.

Builki yarış yalnız azarkeşləri deyil, bütün dünyanın diqqətini yenidən Bakıya yönəldəcək. Dördgünlük bilet sahibləri yarışı izləməklə yanaşı, Pit zolağı gəzintisi və 13-14 sentyabr tarixlərində baş tutacaq dünya ulduzlarının konsert proqramlarını da izləyəcəklər.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin