fbpx

Saat 10:00-dan etibarən qaz kəsiləcək



Bu gün Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq.

BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, Binəqədi rayonunun 8-ci mikrorayon, S.S.Axundov küçəsində siyirtmənin quraşdırılması, Yasamal rayonunun Hüseyn Cavid prospektində yeraltı qaz xəttində aşkarlanan sızmanın ləğv edilməsi, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması və qaztənzimləyici şkafın yerinin dəyişdirilməsi məqsədi ilə sentyabrın 12-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Binəqədi rayonunun S.S.Axundov, İ.P.Dadaşov, 7-ci mikrorayon, 31266-cı məhəllə, Ş.Məmmədova küçələrinin, Yasamal rayonunun Hüseyn Cavid prospektinin bir hissəsinin, Sabunçu rayonunun Ləhic bağları adlanan yaşayış ərazisinin və Nardaran qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.0:00-dan etibarən






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin