fbpx

​Sudanda vəba epidemiyasından ölənlərin sayı 242-yə çatdı



Sudanda vəba epidemiyasından ölənlərin sayı 242-yə çatıb.

BEY.AZ xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamada, vəba epidemiyasına yoluxma sayının 6 min 968-ə çatdığı bildirilib.

Qeyd edək ki, Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Müharibənin davam etdiyi, səhiyyə sisteminin effektiv işləmədiyi ölkədə epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.

Sudanda iyul-oktyabr ayları arasında baş verən daşqınlar nəticəsində hər il 100-dən çox insan ölür, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsinə ziyan dəyir.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin