fbpx

Çörçillin ən məşhur fotosu bu ölkədə tapıldı



İki il əvvəl Kanadada itən Uinston Çörçillin ən məşhur portretlərindən birinin orijinal çapı İtaliyada tapılıb.

BEY.AZ bildirir ki, 1941-ci ildə erməni əsilli kanadalı fotoqraf Yusuf Karşın çəkdiyi Britaniya dövlət xadimi Uinston Çörçilin portreti Böyük Britaniyanın keçmiş baş nazirinin ən məşhur fotolarından biridir.

Çörçillin Kanada parlamentindəki çıxışından sonra çəkilmiş Karşın fotoşəkilinin orijinal çapı illərdir itmişdi.

Ottava polisi portretin İtaliyada tapıldığını təsdiqləyib. Genuyadan olan bir şəxs oğurlandığından xəbərsiz olaraq bu çapı “Sotheby’s” auksionunda alıb. Çapın hazırkı sahibi yenicə təsdiqlənsə də, Kanada polisi bu ilin əvvəlində aprelin 25-də çapın oğurlanması və satışı ilə əlaqədar Ontario ştatının Powassan şəhərindən olan bir şəxsi həbs edib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin