fbpx

Narinin anası və qardaşı haqda həbs qərarı verildi



Türkiyənin Diyarbəkir şəhərində öldürülən 8 yaşlı Narin Güranın cinayəti ilə bağlı aparılan istintaq zamanı 8 şübhəli həbs edilib.

BEY.AZ xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.

Bildirilib ki, Narinin qətli ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılanlar arasında azyaşlının anası Yüksel Güran, qardaşı Enesdə var.

Nairinin əmisi Fuat Güran, qohumu Muhammet Kaya, əmisinin yoldaşı Maşallah Güran və qızı Birsen Güran, bibisinin əri Mehmet Şevket Kayada saxlanılanlar arasındadır.

Onlardan 4-ü məhkəmə nəzarəti qərarı ilə sərbəst buraxılıb.

Narin Güranın qətli ilə bağlı davam edən istintaq çərçivəsində sentyabrın 2-də saxlanılan dayısı Səlim Güran və Narinin meyiti tapıldıqdan sonra saxlanılan qonşusu Nevzat Bəxtiyar sentyabrın 11-də həbs edilib.

Qeyd edək ki, Narin Güranın meyiti 19 gün davam edən axtarışlardan sonra Tavşantəpə kəndi ərazisində tapılıb.







ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin