fbpx

Bakıda Formula 2 üzrə sərbəst yürüşün qalibi bəlli oldu



Bakıda Formula 2 üzrə Azərbaycan Qran-Prisində sərbəst yürüş başa çatıb.

BEY.AZ xəbər verir ki, 45 dəqiqə davam edən yürüşdə ən yaxşı nəticəni “Van Amersfoort” komandasından braziliyalı Enzo Fittipaldi göstərib.

“İnvista”nın hindistanlı pilotu Kuş Maini ikinci, “Prema”nın italiyalı sürücüsü Kimi Antenolli üçüncü olub.

Saat 13:30-dan 14:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək.

Saat 15:00-da Formula 2-də sıralama turu, 17:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.

Qeyd edək ki, Formula 2 yarışında 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı iki pilot təmsil edir.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin