fbpx

Şoyqu Kim Çen Inla görüşdü



Şoyqu Pxenyanda Kim Çen Inla görüşüb.

BEY.AZ xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In Pxenyanda Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun başçılıq etdiyi Rusiya nümayəndə heyətini qəbul edib.

Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, görüş zamanı tərəflər ikitərəfli və beynəlxalq gündəliyə dair məsələləri müzakirə ediblər:

“Pxenyandakı görüşlər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dövlət səfəri zamanı iki ölkə liderləri arasında əldə edilmiş razılaşmalara uyğun olaraq son dərəcə məxfi, dostluq şəraitində keçdi”.

Qeyd edək ki, Vladimir Putinin KXDR-ə səfəri iyunun 18-19-da baş tutub. Səfər nəticəsində tərəflərdən birinə hücum zamanı hərbi yardım göstərilməsini nəzərdə tutan strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Sənəd ölkələr arasında 1961, 2000 və 2001-ci illərdə imzalanmış əvvəlki sazişləri əvəz edib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin