fbpx

Ardıcıl 4 gün iş olmayacaq



Azərbaycanda noyabr ayında baş tutacaq COP29 tədbirinə görə qeyri-iş günləri maraq doğurur.

BEY.AZ bildirir ki, rəsmi olaraq noyabrın 8-i və 9-u qeyri-iş günləridir. Noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd edilir. Noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarına əsasən, noyabrın 11-i də qeyri-iş günü elan olunub. Beləliklə, noyabrın 8-dən 11-dək ardıcıl olaraq 4 gün qeyri-iş günü olacaq.

Bəzi mənbələr noyabrın 12-si Konstitusiya Günü ilə bağlı qeyri-iş günü olacağı barədə məlumat yayıb, lakin bu barədə hələ rəsmi təsdiq yoxdur.

Qeyd edək ki, COP29 tədbiri ilə əlaqədar ümumi təhsil müəssisələrində payız tətili noyabrın 12-dən 22-dək müəyyən edilib. Bakı, Sumqayıt və Abşeron rayonlarında peşə, orta ixtisas və ali təhsil müəssisələrində də həmin müddət ərzində distant təhsil tətbiq ediləcək. Dövlət qurumlarında isə işçilərin yalnız 30%-i işə cəlb olunacaq, qalan 70% isə məsafədən işləyəcək.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin