fbpx

Madrid sakinləri “Real”ı şikayət etdi



“Real Madrid” stadionu ətrafında yaşayan sakinlər klub barədə Madrid bələdiyyəsinə şikayət edib.

BEY.AZ xəbər verir ki, bu barədə Madrid bələdiyyəsi tərəfindən “Real Madrid” klubuna məktub göndərilib. Sakinlər “Santiago Bernabeu”da həddindən artıq səs-küy olduğunu iddia ediblər. Qonşular stadionda çox səs-küy olduğunu əsas gətirərək “Real Madrid”dən bələdiyyəyə şikayət ediblər.

Bildirilir ki, “Real Madrid” şikayətlərə görə, “Bernabeu”da keçirilməsi planlaşdırılan bütün konsertlərini mövsümün sonuna qədər təxirə salıb. Komandanın əsas gəlir mənbəyi olan konsertlərin ləğv edilməsi “Real Madrid”i çətin duruma salıb.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin