fbpx

“Neftçi” – “Qarabağ” oyununun yeri dəyişdirildi



Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi” – “Qarabağ” oyununun yeri dəyişdirilib.

BEY.AZ Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi” klubunun ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə “ağ-qaralar” “Qarabağ”la matçın məkanının dəyişdirilməsi üçün PFL-ə müraciət edib.

“Qarabağ” klubunun rəsmi razılığını nəzərə alan qurum VII turda baş tutacaq “Neftçi” – “Qarabağ” oyunu ilə XV turun “Qarabağ” – “Neftçi” matçının yerini dəyişdirib. Qarşılaşma sentyabrın 20-də, saat 20:00-da “Azərsun Arena”da reallaşacaq.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin